SAĞLAMLIQ

Özünü soğanla müalicə etdi - həkimlər mat qaldı

  • 31 Jan 2018
  • 399 baxış

Rusiyalı qadının öz üsulları ilə özünü müalicə etməsi və bundan çox güclü effekt görməsi tibb sahəsinin də marağına səbəb olub.

XalqTV.com medicina.az-a istinadən xəbər verir ki, hər gün soğan qabıqlarını çay kimi dəmləyib içən qadının bəzi simptomları aradan qalxıb: ayaqlarındakı qıcolmalar gedib, gündəlik baş ağrıları itib, təzyiqi düşüb, ayaqlardakı göyərmiş damarlar düzəlib. Zəifləmiş görmə qabiliyyəti bərpa olunub.

Qadın soğan qabığı haqqında çox araşdırıb, nəhayət qabıqları çay kimi dəmləyib hər gün qəbul edib. O, əvvəlcə yazılanlara inanmayıb, lakin 3 aydan sonra özündə yaxşılaşma və ağrılı simptomların itdiyini müşahidə edib.

Qadının 3 illik təcrübəsini təqdim edirik:

Soğanı soyub qabıqlarını atmayın, ondan dəmləmələr edin. Soğan qabıqlarını ayrıca çaydana töküb, üzərinə su alıb, 5-10 dəqiqə qaynadın. Sonra soyudub, ya səhər, ya da axşam için.

>

Soğan qabığında olan maddələr ürək damarlarını açır, immuniteti qaldırır, sidikqovucudur, ödqovucudur, spazmaları aradan qaldırır, hətta xərçəng əleyhinə güclü təsiri var.

Vena, arteriya, kapilyarların keçiriciliyini artırır, göz dibini müalicə edir, qandan xolesterini qovur, orqanizmə cavanlaşdırıcı təsir göstərir.

Təzyiqi, ürək problemləri, qan-damar pozulmaları olanlar üçün ən möcüzəvi çaydır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO