SAĞLAMLIQ

Elektron siqaretlər də xərçəng yarada bilir

  • 30 Jan 2018
  • 389 baxış

"The Guardian" Britaniyada aparılmış yeni araşdırmaya əsasən yazır ki, elektron siqaretlər də xərçəngin müəyyən növlərinin və ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Bu təcrübələr zamanı e-siqaretlərin siçan və insanların toxumalarına təsiri öyrənilib.

Alimlər aşkar ediblər ki, elektron siqaretlərin çəkilməsi zamanı içəri udulan nikotin ürəyin, ağ ciyərlərin və sidik kisəsinin DNT-sini zədələyən kimyəvi maddələrə çevrilir. Bundan başqa elektron siqaretlər, habelə orqanizmin genetik təmir mexanizmlərini poza bilir.

New York Universitetinin professoru Moon-shong Tang, deyir ki, elektron siqaretlərin çəkilməsi zamanı DNT-yə dəyən zədə, passiv siqaret çəkilməsi (siqaret çəkilən mühitdə və ya siqaret çəkən adamların yanında olduqda) zamanı alınmış orqan zədələrinə bənzəyir.

Bununla belə alimlər bildirilər ki, e-siqaretlərin orqanizmə ziyanının öyrənilməsi üçün daha geniş tədqiqatlara ehtiyac var.

Tədqiqatçılar hazırda elektron siqaretlərin siçanlara təsirini araşdırırlar.

Lakin bu tədqiqatı tənqid edənlər deyirlər ki, elektron siqaretlərin insanlara ziyanı şişirdilib, üstəlik təcrübə zamanı siçanlara e-siqaretin yüksək dozası verilib.

Londondakı Queen Mary Universitetinin Tütün Asılılığı Departamentinin direktoru Peter Hajek deyir ki, elektron siqaretlərin sözü gedən ziyanı dəqiq araşdırlmayıb.

Onun fikrincə, ən azı bu təcrübələr elektron siqaretlərin xərçəngə səbəb olduğunu göstərmir.

Alim bildirir ki, elektron siqaretlər siqaretin tərgidilməsində mühüm rol oynamaqdan başqa, həm də insanların əsl siqaretə alışmasının riskini 5 faizə endirir.

>

"The Guardian" yazır ki, tütünlü siqaretin çəkilməsi zamanı minlərlə kimyəvi maddə yaranır və bunlardan ən azı 70-nin xərçəng xəstəlikləri ilə bağlılığı isbat edilib.

Təcrübələrə gəlincə isə onları apararkən professor Tang siçanları gündə üç saat elektron siqaretin tüstüsünə məruz qoyub.

Bu zaman elektron siqaretin buxarlığındakı nikotinin miqdarı hər millilitrə 10 milliqram idi. Bu miqdarda nikotin insanın elektron siqaret çəkdiyi zaman aldığı nikotinə bərabər idi.

Bu təcrübələrin üçüncü ayında doktor Tang siçanların ürəyində, ağ ciyərlərində və sidik kisələrində DNT-nin zədələndiyini müşahidə edib. Bu hal nəzarət qrupuna daxil sağlam siçanlarda qeydə alınmamışdı.

Sonradan təcrübələri insan toxumasında davam etdirən Tang bu qənaətə gəlib ki, belə miqdarda nikotinlə insanın toxumaları daha asanlıqla şiş toxumasına çevrilir.

Buna baxmayaraq həkimlərin böyük əksəriyyəti bu qənaətdədir ki, elektron siqaretlər adamların adi tütünlü siqareti çəkməsinin qarşısını alır və bu isə son dərəcə faydalı nəticə sayıla bilər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO