İqtisadiyyat

Ev-ofislərdə qiymətlər neçəyədir? - VİDEO

  • 30 Jan 2018
  • 332 baxış

Bəzi şirkətlər biznes plazalardan daha çox, yaşayış binalarındakı adi mənzillərdə ofis açmaqda maraqlıdırlar. Buna səbəb isə qiymətlərin belə ofislərdə daha ucuz olmasıdır. "XəzərXəbər" paytaxtın müxtəlif rayonlarında ev-ofislərin qiymətlərini araşdırıb.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, bəzi şirkət və iş yerləri biznes mərkəzləri ilə yanaşı, yaşayış binalarından mənzilləri də ofis kimi kirayə götürürlər.

Adətən 3, 4 və 5 otaqlı olan belə mənzillər kiçik və orta həcmli şirkətlər tərəfindən ofis kimi kirayələnir. Bu da əsasən ev-ofislərin qiymətlərinin daha münasib olması ilə əlaqədardır... Belə ki, biznes plazalarda ofislərin 1 kvadratmetrinin qiyməti ev-ofislərlə müqayisədə xeyli yüksəkdir.

Ev-ofislərin qiymətləri onların paytaxtda yerləşmə yerlərindən asılı olaraq dəyişir. Ən ucuz ev ofislər Nərimanov, ən bahalı olanları isə Səbail rayonunda yerləşir.

Onu da qeyd edək ki, ev-ofis xidmətində minimal olaraq mebel, stol, oturacaqlar, telefon və həmin yerdə işləyənlərin avtomobillərini park etmələri üçün dayanacaq ehtiyacı təmin edilir. Bütün bunlar hamısı aylıq ödənişə daxildir.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR