idman
Kehill ilk peşəkar klubuna qayıtdı
Avstraliya millisinin 38 yaşlı hücumçusu Tim Kehill yenidən İngiltərəyə qayıdıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu "Millwall"la anlaşıb. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Kehill dekabrda "Melbourne City"ni tərk edəndən sonra azad agent statusuna malik idi.
"Millwall" avstraliyalı forvarda yad deyil. O, Kehillin karyerasında ilk peşəkar klubdur. 1998-2004-cü illərdə bu klubun şərəfini qoruyan Tim daha sonra 8 il də "Everton"da oynamışdı.
>XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR