idman
\"Liverpul\" Starici icarəyə göndərdi
"Liverpul" 28 yaşlı hücumçu Daniel Starici "Vest Bromvix Albion"a icarəyə göndərib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, icarə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub. Alan Pardyu Premyer Liqanın qarşıdakı 14 turunda onun xidmətindn istifadə edə biləcək. Staricin "Vest Bromvix"ə İngiltərə Kubokunda da kömək etməsi mümkündür. Hücumçu "Liverpul"un heyətində bu turnirdə meydana çıxmamışdı.
>XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR