idman
\"Beşiktaş\" Lavla 2,5 illik müqavilə imzaladı
Rusiyanın MOİK klubunun sabiq braziliyalı futbolçusu Vaqner Lav Türkiyənin "Alanyaspor" klubundan "Beşiktaş"a transfer olunub.
XalqTV.com "Report"a istinadən bildirir ki, bu barədə məlumat İstanbul klubunun rəsmi saytında dərc olunub.
33 yaşlı hücumçu "Beşiktaş"la 2019/20-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb. Sövdələşmə haqqında daha ətraflı məlumat verilmir.
Bundan əvvəl trasfer məbləğinin 3,7 milon avro olduğu məlumat verilmişdi.
>Vaqner Lav ötən mövsüm 28 oyuna 23 qol vurmaqla Türkiyə çempionatının bombardiri olub. Cari mövsümdə isə forvard çempionatda 14 maç keçirib və 10 dəfə fərqlənib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
RƏYLƏR