idman

\"Çelsi\" Rəhmanı satdı

  • 30 Jan 2018
  • 340 baxış

Transfer hüququ İngiltərənin "Çelsi" klubuna məxsus olan futbolçu Rəhman Baba karyerasını Almaniyada davam etdirəcək. 

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi "Şalke"yə keçəcək. Qanalı cinah oyunçusunun transferi yanvarın 30-da rəsmiləşdiriləcək. Baba "Şalke"yə tamhüquqlu üzv kimi yollanacaq və 1,5 illik müqaviləyə imza atacaq. 

Qeyd edək ki, bu mövsüm Rəhman Baba "Çelsi"də bir oyun da keçirməyib. Onun "zadəganlar"la müqaviləsi 2020-ci ilin yayınadək qüvvədədir.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR