idman

Neymar İspaniyaya qayıdır

  • 29 Jan 2018
  • 285 baxış

Ötən mövsüm 222 milyona PSJ-yə keçid edən braziliyalı Neymar haqqında daha bir idda ortaya atılıb.

XalqTV.com xəbər verir ki, bu iddia ulduz futbolçunun PSJ-yə transfer olunacağı ilə bağlı ilk xəbəri yazan jurnalist Ulisses Kosta tərəfindən səsləndirilib.

Jurnalistin açıqlamasına görə, Neymar gələn mövsümdən etibarən "Real"ın formasını geyinəcək. Onun sözlərinə görə, PSJ-nin Çempionlar Liqasında çıxışını dayandırdığı an Neymar "Real"a transfer olunacaq və yenidən İspaniyada oynayacaq.

Neymar isə açıqlama verərək PSJ-də xoşbəxt olduğunu, bu komandaya tarix yazmaq üçün gəldiyini bildirib.

>

Qeyd edək ki, braziliyalı futbolçu PSJ-nin heyətində 26 qola imza atıb, 14 məhsuldar ötürmə edib. (publika.az)

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR