idman

Messi sensasiyaya imkan vermədi - VİDEO

  • 29 Jan 2018
  • 1488 baxış

Futbol üzrə İspaniya çempionatının 21-ci turunda "Barselona" öz meydanında "Alaves"i qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.

XalqTV.com report.az-a istinadən bildirir ki, matçda ilk qolu qonaqlar vurub. 23-cü dəqiqədə Yon Qvidetti hesabı açıb.

Kataloniyalılar məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola biliblər - Suares qapını dəqiq nişan alıb. Matçda qələbə topunu isə 84-cü dəqiqədə Lionel Messi cərimə zərbəsindən vurub.

"Tottenhem"dən transfer olunan yarımmüdafiəçi Filippe Koutinyo matçda debüt edib və 66-cı dəqiqədə əvəzlənib.

Beləliklə Ernesto Valverdenin yetirmələri Primeroda ardıcıl 7-ci qələbələrini qazanıblar.

Hazırda "Barselona" 57 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb, "Alaves" (19) isə 17-cidir.

>

İspaniya çempionatı, 21-ci tur

"Barselona" - "Alaves" - 2:1

Qollar: 0:1 - Qvidetti - 23, 1:1 - Suares - 72, 2:1 - Messi - 84

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
> >

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR