SAĞLAMLIQ

Bu ədviyyatı çaya əlavə edin və...

  • 29 Jan 2018
  • 1515 baxış

Hil kulinariyada çoxdandır ki, fəxri yer tutur. Siz hətta təsəvvür edə bilməzsiniz ki, hil əlavə olunmuş bir fincan qəhvə nə qədər faydalıdır.

XalqTV.com xəbər verir ki, bu içki həzm problemlərinə və böyrək xəstəliklərinə müalicəvi təsir göstərir. Üstəlik ətri insanı valeh edir. Hindistanda və Çində təbiblər hesab edirlər ki, bu ədviyyat sayəsində demək olar ki, bütün xəstəlikləri sağaltmaq olar.

Orqanizmi təmizləyir

Mütəmadi olaraq hil istifadə etdikdə qan təzyiqi aşağı düşür və kalsium böyrəklərdən atılır. Beləliklə də hil böyrəkləri təmizləyir.

Həzmi yaxşılaşdırır

Hilli qəhvə həzmi yaxşılaşdırmağa kömək edir. Hil həzmi yaxşılaşdıraraq mədə sancısını və tutmaları azaldır. Meteorizm və qarın köpünü aradan qaldırır.

Qanazlığı ilə mübarizə aparır

Hil halsızlıq və anemiya kimi simptomları müalicə edən dəmir, mis, manqan və digər faydalı vitaminlərlə zəngindir. Hildə olan qidalı maddələr qırmızı qan hüceyrələrinin səviyyəsini artırır.

Antiseptik kimi istifadə olunur

Hindistanda hil ağız iltihabı müalicəsi üçün istifadə edirlər. Bir-iki hil toxumu çeynəmək nəfəsi təravətləndirir, ağız iyini aradan qaldırır.

>

İmmuniteti artırır

Hil immunitetə müsbət təsir göstərir, yuxusuzluqdan və depressiyadan xilas edir, orqanizmin ümumi tonusunu artırır.

Dərini qoruyur

Hil antioksidant xassələrə malik olduğu üçün onu istənilən halda qəbul etmək bədəni tonusda saxlayır, bununla da dərinizin vaxtından əvvəl qocalmasının qarşısını alacaq və ondan müdafiə edəcəksiniz.

Saçları bərpa edir

Mütəmadi olaraq saçların hilli su ilə yaxalanması onlara ipək kimi yumşaqlıq və parlaqlıq bəxş edəcək.

Hilin digər faydalı xassələri

Ən yaxşı ağrıkəsicidir.
Sakitləşdirici təsirə malikdir.
Başağrısını aradan qaldırır.
Ağciyərləri təmizləyir.
Xərçəngə qarşı faydalıdır. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO