idman

Yenə Azərbaycan klubu, YENƏ 1:8!

  • 28 Jan 2018
  • 2125 baxış

Qış hazırlıqlarını Antlayada davam etdirən "Kəpəz" bu gün növbəti matçına çıxıb. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Yunis Hüseynov yetirmələrini Polşanın "Yagelloniya" klubu ilə oyunda sınayıb.

Gəncəlilərin qardaş ölkədəki üçüncü sınağı darmadağınla başa çatıb. Komanda 1:8 hesabı ilə uduzub.

Qeyd edək ki, buna qədər Türkiyədəki iki hazırlıq oyununa çıxmış "Kəpəz" Rumıniyanın "Vitorul" klubu ilə heç-heçə edib (1:1), Cənubi Koreyanın "Daejeon Citizen" komandasına isə qalib gəlib - 1:0.

Xatırladaq ki, bir neçə gün öncə "Neftçi" də "Ska" (Xabarovsk, Rusiya) klubuna yoldaşlıq görüşündə 1:8 hesabı ilə uduzmuşdu.

Yoxlama oyunu

>

28 yanvar

"Kəpəz" - "Yagelloniya" - 1:8

Qol: Tural Rzayev, 90

"Kəpəz": 22. Sergey Litovçenko, 4. Şəhriyar Əliyev, 7. Roman Hüseynov, 18. Tural Cəlilov, 13. Şəhriyar Kərimov (k), 26. İqor Korotetski, 21. Gilu Maqjqaladze, 19. Murad Səttarlı, 20. Dieqo Souza, 24. Tərzin Cahangirov, 16. Dario Federiko

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR