Dünya
Argentinada 5,1 maqnitudalı zəlzələ baş verib
Bu gün Argentinanın şimal-qərbində 5,1 maqnitudalı zəlzələ baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 10.01 radələrində qeydə alınıb. Zəlzələnin ocağı Vinçina yaşayış qəsəbəsindən 90 km şimal-qərbdə, 8.3 km dərinlikdə yerləşir.
>Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.
XalqTV.com
RƏYLƏR