İqtisadiyyat

Coca-Cola-nın sirləri

  • 27 Jan 2018
  • 2021 baxış

İlk dəfə ortaya çıxan zaman hamı ona "kokainli eliksir" deyirdi. 1886-cı ildən 1929-cu ilə qədər adi bir qazlı içki idi. Bu gün isə Kola 200 fərqli ölkədə 1.9 milyard ədəd istehlak edilən bir içkidir. "Coca-Cola" isə dünya brendi olan çox böyük bir şirkətdir. Bəs "Coca-Cola" bu vəziyyətə necə gəlib çıxıb?

XalqTV.com moneta.az-a istinadən bildirir ki, "Coca-Cola"nın İnnovasiya üzrə Vitse-Prezidenti David Butler "Coca-Cola"nın uğurunu 7 əsas marketinq strategiyası ilə əlaqələndirir. İndi həmin strategiyalara birlikdə baxaq.

1) Tərkibi sirr olaraq saxlanılırdı və bütün bazar testlərini uğurla keçmişdi.

1903-cü ilə qədər tərkibində kokain istifadə edildiyi yazılırdı və daha sonra kokain sözü çıxarıldı.

2) Loqosu bütün dövrlərlə ayaqlaşır!

Vaxtı ilə mühasiblərin istifadə etdiyi "Spencerian" fonu ilə yazılan loqo "Coca-Cola"nı rəqiblərindən fərqli edəcəkdi. 1923-cü ildən etibarən loqo standard vəziyyətə gətirildi və şüşə butulkanın forması illər ərzində dəyişsə də loqo hər zaman eyni qaldı.

3) 1915-ci illərdə bütün kola markaları eyni dizaynda olan şüşə butulkadan istifadə edirdilər və bu da bir fərq yaratdı!

"Coca-Cola"nı qabağa aparacaq bir addım atmağı lazım idi. Məhsulu həm daha yüksək keyfiyyətdə göstərəcək, həm də daha fərqli edə biləcək yeni bir şüşə butulka şəkildə dizayn edilməsi qərara alındı. Buna görə ölkə çapında bir müsabiqə təşkil edildi. Müsabiqəni "Root Glass" şirkəti qazandı.

4) "Coca-Cola" satmağın qaydaları var idi.

Ernest Woodruff-un "Trust" şirkəti 1919-cu ildə "Coca-Cola"nı aldı və keyfiyyətini qorumaq üçün müəyyən standartlar yaradılmasının lazım olduğunu düşündü. "Coca-Cola"nın soyuducularda 2 dərəcədə saxlanılması qərara alındı. Şirkət pərakəndə satışla məşğul olanlara nümayəndələr göndərirdi və içkini heç bir zaman 4.5 dərəcədən yuxarı istilikdə satılmaması lazım olduğu deyilirdi. Bu standart "Coca-Cola"nı rəqiblərindən daha dəyərli etdi.

>

5) 70 il ərzində eyni qiymətə satıldı!

Bir butulka kola 1886-cı ildən 1959-cu ilə qədər sadəcə 5 sent idi.

6) Öz dünyasını yaratdı.

Şirkət istehlakçının özü ilə brendi birləşdirəcək bir imic yaratmaq istəyirdi. Əsasən 1887-ci ildən 1920-ci ilə qədər istehlak olunan bütün məhsulların 10%-nin pulsuz verilməsi ilə bağlı kütləvi kupon kampaniyası başladı. Bunun sayəsində brend fərqliliyi yaradılacaqdı. Eyni zamanda pərakəndə satıcıları təşviq etmək üçün Coca-Cola posterləri verilərkən istehlakçılara da saat və təqvimlər verilirdi.

7) Dilerlik modeli ilə ilərlədi.

Butler bildirir ki, "Coca-Cola şirkəti bütöv bir şirkət deyil, kiçik şirkətlərdən ibarət bir sistemdir". O, əlavə edərək qeyd edir: "Bu sistem sayəsində yeni məhsullar ortaya çıxır, yeni kommunikasiya kanalları açılır və yeni işçiləri inkişaf etdirə bilirik. Böyümək və inkişaf etmək üçün bu sistemdən yaxşısıdır".

Yuxarıda sadalanan 7 strategiyanı Butler və Linda Tischler-in " Design to Grow: How Coca-Cola Learned to Combine Scale and Agility"  kitabından oxuya bilərsiniz.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR