idman

\"Kəpəz\"in növbəti 2 transferi

  • 27 Jan 2018
  • 288 baxış

"Kəpəz" daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Gəncə klubu braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. Onlar müvafiq olaraq cari mövsümün sonunadək və bir illik sözləşmələrə imza atıblar.Frederiko əvvəlki iki mövsümdə də "Kəpəz"in heyətində çıxış edib.

Gəncə təmsilçisi qış fasiləsində Murad Səttarlı ("Zirə"), Roman Hüseynov ("Qəbələ", icarə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Sergey Litovçenko ("Dinamo", Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah") və Tural Nərimanovu heyətinə qatıb.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR