idman

Millimiz QALİB GƏLDİ

  • 26 Jan 2018
  • 284 baxış

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, yığmamız Albaniyanın eyni yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ülvi İskəndərov millimizin yeganə qoluna imza atıb.

Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 bu vaxta qədər Antalyada 3 yoxlama görüşü keçirib. "Alanyaspor"un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.

Yoxlama oyunu

>

26 yanvar

Azərbaycan U-21 - Albaniya U-21 - 1:0

Qol: Ülvi İskəndərov, 52

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR