idman

Millimizin keçmiş üzvü pulunu ala bilmədiyi üçün klubundan ayrıldı

  • 06 Jan 2018
  • 305 baxış

Milli komandamızın keçmiş oyunçusu Ufuk Budak klubundan ayrılıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Samsunspor"da çıxış edən müdafiəçi pulunu ala bilmədiyi üçün sərbəst qalma haqqında istifadə edib.

Bu barədə TFF 1-ci liqa təmsilçisinin İdman Direktoru Coşqun Zərən açıqlama verib. O, maddi durumlarının pis olduğunu, bu səbəbdən futbolçularının maaşlarını ödəyə bilmədiklərini bildirib. Belə olan halda isə 6 futbolçu - Hasan Hatipoğlu, Çağrı Ortakaya, Kenan Karışık, Ufuk Budak, Abdülkerim Bardakçı ve Ömer Kandemir klubla olan bağlılıqlarına son veriblər.

>

Qeyd edək ki, 2011-ci ildə millimizə cəlb edilən Ufuk Budak yığmamızın heyətində 17 oyun keçirib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR