Dünya

Rocers istefaya gedir

  • 06 Jan 2018
  • 286 baxış

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru, admiral Maykl Rocers istefaya gedir.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, Agentlik rəhbəri əməkdaşlarına yazda vəzifəsini tərk edəcəyini elan edib.

Maykl Rocers MTA-nın rəhbəri vəzifəsinə 2014-cü ildə eks-prezident Barak Obama tərəfindən təyin edilib. Bundan əvvəl 30 illik hərbi təcrübəyə malik admiral Sakit okean donanmasının bir sıra kəşfiyyat əməliyyatlarına başçılıq edib və ABŞ Hərbi-Dəniz Qüvvələri kiberkomandanlığının rəhbəri olub.

>

Məlumata görə, Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbərinin adı yanvarda bilinəcək . Donald Tramp tərəfindən irəli sürülən şəxsin namizədliyi Senatda təsdiq olunmalıdır. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR