Venqer Liberiyaya gedir
1995-ci ildə "Qızıl top" mükafatına layiq görülən Corc Vea artıq Liberiya prezidentidir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, sabiq futbolçu bir neçə gündən sonra keçiriləcək inauqurasiya mərasiminə "Arsenal"ın çalışdırıcısı Arsen Venqeri də dəvət edib. Bu məlumatı fransalı mütəxəsisin özü təsdiq edib.
"Bəli, Corc mənə dəvət göndərib. Onun həyatı inanılamzdır, əsl film kimidir. Onu ilk dəfə "Monako"da görəndə heç kimi tanımırdı. Sonra isə dünyanın ən yaxşı futbolçusu, nəhayət, prezident oldu. Vea ölkəsini sevir. Liberiyada müharibə başlayanda onun necə ağladığına şahid olmuşdum. İndi ona görə şadam. Ola bilsin, FA (İngiltərə Futbol Assosasiyası) məni cəzalandırsa, inaqurasiya mərasiminə gedəcəm" - Venqer deyib.
>Qeyd edək ki, "Vest Bromviç Albion"la oyundan sonra Arsen Venqer hakim Mayk Dini tənqid etdiyinə görə bir necə oyunluq diskvalifikasiya oluna bilər.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində