SAĞLAMLIQ

Bu 2 qida ağciyərlərin yaşlanmasını zəiflədir - <span class="color_red">ARAŞDIRMA<

  • 05 Jan 2018
  • 400 baxış

Siqaret çəkməyin insan orqanizmi üçün ən təhlükəli vərdiş olduğunu hər kəs bilir. Buna baxmayaraq, ondan istifadə edənlərin sayı elə də az deyil. Bəs siqaretin zərərli təsirlərini azaltmaq mümkündürmü? XalqTV.com ailem.az-a istinadən bununla bağlı olduqca faydalı məlumat verir.

Hər gün 3 alma və ya 2 pomidor yemək siqaretin səbəb olduğu zədəni sağalda, eyni zamanda, ağciyərlərin yaşlanmasını zəiflədə bilir. Bunun üçün tək lazım olan şey almaların və pomidorların təzə olmasıdır.

Bir araşdırmaya əsasən, gündə 3 alma yemək ağciyərlərin təbii yaşlanmasını yavaşlatmaqda, siqaretin səbəb olduğu zədəni bərpa etməkdə kömək olur.

Araşdırmaçılar hər gün 2 pomidor yeyənlərin həyatları boyu sağlam olacağını kəşf edib. Bu 2 qidanın qoruyucu təsirləri sadəcə təzə olduqda görünür. Yəni konserv və ya işlənmiş pomidor, almalar sağlamlığınız üçün heç bir işə yaramaz.

>

Alma ciyərlərin inkişafı üçün yaxşı bir qaynaqdır. Ancaq siqaret çəkənlər müalicə edilməyəcək vəziyyətdədirsə, bu zaman həkimə müraciət etmək lazımdır.

650-dən çox şəxslə aparılan araşdırmada ağciyər funksiyaları dəyərləndirilib. Nəfəs alıb-vermə tutumlarını ölçən ağciyər testləri 10 il boyu təkrarlanıb. Araşdırmanın nəticəsinə görə, alma və pomidor yeyənlərin təbii yaşlanmaları yavaşıyıb.

Mütəxəssislər bildirir ki, siqareti tərgidənlərdə ağciyər zədələrinin bərpası sürətlə inkişaf edir. Bu da meyvələr baxımından zəngin bir pəhrizlə dəstəklənir. Hətta heç siqaret çəkməmiş biri olsanız belə, ağciyərin təbii yaşlanma müddətini yavaşlada bilmək üçün bu qidalardan yeyə bilərsiniz.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO