Dünya

Yəməndə difteriya bəlası - 46 nəfər öldü

  • 05 Jan 2018
  • 294 baxış

Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.

Onun sözlərinə görə, son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb: "Həmin xəstələrdən 46-si dünyasını dəyişib".

>

ÜST nümayəndəsinin sözlərinə görə, yoluxma faktı daha çox İbb və Əl-Hodeyda vilayətlərində qeydə alınıb. o qeyd edib ki, daha təhlükəli vəziyyət isə İbbdə yaranıb - burada 231 nəfər bu xəsətliyə yoluxub ki, onlardan da 13 nəfəri dünyasını dəyişib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR