İqtisadiyyat

Ötən il Gürcüstana nə qədər azərbaycanlı turist gedib?

  • 05 Jan 2018
  • 371 baxış

2017-ci ildə Gürcüstana Azərbaycandan 1 649 998 turist səfər edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu ölkəyə gedən azərbaycanlı turistlərin sayında 11,2 faiz artım qeydə alınıb.

Ümumilikdə, Gürcüstana 2017-ci ildə 7 554 936 turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 1 194 433 nəfər çoxdur.

>

Azərbaycanla yanaşı Gürcüstana ən çox səfər edən turistlər Rusiya (1,392,610 nəfər) və Türkiyə vətəndaşları (1,246,745 nəfər) olublar.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR