idman

Bir zamanların məşhurunu sevgilsinin qarğışı bu hala saldı - <span class="color_red">

  • 05 Jan 2018
  • 275 baxış

Maliyyə baxımından çətin günlər yaşayan və intiharın bir addımlığında olduğunu açıqlayan keçmiş "Arsenal" və "Qalatasarayl"ı Emmanuel Ebouenin açıqlamaları İngiltərənin gündəminə damğa vurmuşdu. 

Qanadan gələn şəxsin Eboueylə bağlı açıqlamaları isə hər kəsi təəccübləndirib.

XalqTV.com CNN-ə istinadən xəbər verir ki, falçılığın geniş vüsət aldığı ölkələrdən biri olan Qananın məşhur cadugəri Nana Kvaku Bonsamın Eboueylə bağlı açıqlamaları ölkəsinin mətbuatında yer alıb.

Ölkədə canlı yayımlanan bir radio proqramına qatılan Bonsam Emmanuel Ebouenin karyerasında və futboldan uzaqlaşdıqan sonra yaşadığı çətinliklərin səbəbinin keçmiş sevgilisi olduğunu iddia edib.

Bonsam Ebouenin keçmiş sevgilisinin məşhur futbolçuya qarğış etdiyini açıqlayıb.

>

Cadugar Ebouenin keçmiş sevgilisinə evlilik sözü verdiyini, ancaq sonra heç bir şey söyləmədən münasibətlərini bitirdiyini iddia edib. Hər şey də bundan sonra baş verib. 

Bonsam "Eboue əgər üzür istəməsə, hər şey daha da pis olacaq" deyərək, xəbərdarlıq edib.

Təhməz Təkin
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR