idman

Umititi \"Barselona\"dan getmək istəmir

  • 05 Jan 2018
  • 257 baxış

"Barselona"nın fransalı müdafiəçisi Samuel Umititi klubunu dəyişmək fikrində deyil.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Mançester Siti"nin əlverişli təklifinə müsbət yanaşmır. Katalon klubu onun buraxılış qiymətini artırmaq üçün yeni müqavilə hazırlayır.

"Şəhərlilər" Umititiyə görə 60 milyon avro ödəməyə hazır idi. Komandanın baş məşqçisi Xosep Qvardiola mərkəz müdafiəsini gücləndirmək niyyətindədir. Umititi "Mançester Yunayted"in də maraq dairəsində idi.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR