\"Qəbələ\" ilə \"Qarabağ\" arasında Yeni il qalmaqalı - VİDEO
"Millinin düşərgəsində olduğumuz vaxt hər bir baş məşqçini müzakirə edirik. Roman Qriqorçuk da bəyəndiyimiz mütəxəssislərdəndir və ona xüsusi rəğbətlə yanaşırıq. Sərt görünsə də, arabir belə zarafatlar etməsi bizim üçün xoşdur. "CBC Sport"un efirində danışdığım əhvalat həqiqətdir".
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">"Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov "Qəbələ"nin bəyanatına münasibət bildirərkən deyib.
O bildirib ki, "CBC Sport"da yayımlanan "Qış nağılı"nda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk barədə əhvalatı danışmazdan əvvəl həmin verilişdə olan ukraynalı mütəxəssisin özündən icazə alıb:
"Bu əhvalat yadıma düşəndə danışmaq istəmədim. Çünki Qriqorçuk da kameranın arxasında idi. Düşündüm ki, eyib olar. Aparıcılar yaxınlaşaraq Qriqorçukdan icazə aldılar. Sonra biz də baş məşqçiyə yaxınlaşdıq və onunla qucaqlaşıb görüşdük. "Qəbələ"nin baş məşqçisi ilə münasibətim çox yaxşıdır. Qurban Qurbanov qədər ona da hörmətim var. Yəni Qriqorçukdan da icazə alındı. Bu hadisəni danışdığım vaxt o, ağzını əli tutaraq çölə çıxdı ki, gülüş səsi kameraya, efirə düşməsin. Özü də bu əhvalatı müsbət qarşıladı və güldü".
Mədətov "Qəbələ"nin üzrxahlıq tələbinə isə belə reaksiya verib: "Üzr istəməyin özü də böyüklükdür. Amma mən heç kimi təhqir etməmişəm, pisləməmişəm. Əksinə, müsbət fikir səsləndirmişəm. Burada üzr istəməli bir şey görmürəm. "Qəbələ"yə böyük hörmətim var. Neçə illərdir bu klubla rəqabət aparırıq. Burada ən önəmlisi odur ki, Qriqorçukun özünün icazəsi olub. Bu açıqlamaya görə Qurban Qurbanovun məni cəzalandıracağını düşünmürəm. Çünki cəzaya səbəb olacaq bir şey yoxdur".
Xatırladaq ki, "Qəbələ" klubu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb.
"Qəbələ" futbol klubundan verilən məlumata görə, 21 yaşlı hücumçu dekabrın 31-də "CBC Sport" telekanalının qonağı olduğu "Qış nağılı" verilişində şüursuz çıxış edib.
>Bəyanatda deyilir ki, Mədətov verilişin formatına uyğun olaraq, maraqlı əhvalat nəql edərkən mövzu kimi "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla futbolçular arasında olan dialoqu seçib və bunu özünəməxsus şəkildə təqdim edib.
"Qəbələ" İdman Klubu futbolçunun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır: "Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alaraq, "Qarabağ" klubunun gənc futbolçusu haqqında ölçü götürməsini, Mahir Mədətovun etdiyi hörmətsizliyə görə "Qəbələ" klubundan və Qriqorçukdan üzr istəməsini gözləyirik".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />