İqtisadiyyat
2017-ci ildə manat dollara qarşı 4 faiz möhkəmlənib
2017-ci ildə Azərbaycan manatının dollara nisbətdə rəsmi məzənnəsi 3,9871 faiz (0,0706 manat) möhkəmlənib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, ötən ilin yekunu üzrə orta çəkili məzənnə bir dollara nisbətdə 1,7205 manat təşkil edib.
Manatın dollara qarşı məzənnəsinin pik göstəricisi fevralın 1-i və 2-də qeydə alınıb - bir dollara nisbətdə 1,92 manat.
Minimal göstərici isə dekabrın 6-da qeydə alınıb və dekabrın 12-dək bu səviyyədə qalıb - bir dollara qarşı 1,7 manat.
>Hazırda rəsmi məzənnə bir dollara qarşı 1,7001 manatdır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR