Siyasət
\"Nazirlər Kabinetində dəyişikliklər istisna olunmur\"
Türkiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklər istisna olunmur.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.
O qeyd edib ki, hökumətin tərkibində dəyişikliklərin baş verməsi hökumətin işinə təsir etməyəcək.
R.Akdağ, həmçinin vurğulayıb ki, Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilmir.
Qeyd edək ki, bu Türkiyə KİV-lərində hökumətdə dəyişikliklərin baş verə biləcəyi barədə xəbər yayılıb.
Məlumata görə, Nazirlər Kabinetinə 18 yeni nazir daxil edilə bilər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR