idman
Messi məşqçi olmaq istəmir
"Barselona"nın futbolçusu Lionel Messi karyerasını bitirdikdən sonra məşqçi olmaq fikrində deyil.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu bunu "Blic Online" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, özünü məşqçi kimi görmür. Bununla belə, 30 yaşlı superulduz nə vaxtsa fikrini dəyişə biləcəyini də istisna etməyib:
"Düzü, gələcəkdə məşqçi olmaq haqda düşünmürəm. Amma irəlidə çox vaxt var. Ola bilsin, nə vaxtsa fikrimi dəyişdim".
>Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsinin müddəti 2021-ci ilə qədərdi.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR