İqtisadiyyat

Azərbaycan Gürcüstanın təbii qaz tələbatını 100 faiz ödəyəcək

  • 03 Jan 2018
  • 339 baxış

Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək.

XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2018-c il üçün təbii qaz balansında qeyd olunub.

Sənədə əsasən 2018-ci ildə Gürcüstanın təbii qaza tələbatı 2,689 milyard kubmetrə bərabər olacaq. Gürcüstan bu rəqəmdən 2,679 milyard kubmetrini Azərbaycandan (1,866 milyard kubmetrini SOCAR-dan və 813 milyon kubmetri "Şahdəniz" yatağından hasilat çərçivəsində) əldə etməyi planlaşdırır.

>

Qalan hissə (9,41 milyon kubmetr) yerli hasilatın payına düşəcək.

2018-ci ildə Gürcüstana Rusiyadan qaz tədarükü nəzərdə tutulmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR