idman

"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurdu və "yoxa çıxdı"

  • 03 Jan 2018
  • 280 baxış

İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasına nöqtə qoyub.

XalqTV.com sportal.az-a istinadən xəbər verir ki, 35 yaşlı əlcək sahibi "Twitter" sosial hesabında "Hər şey üçün təşəkkürlər" yazaraq bunu bəyan edib. Məşhur qapıçı bu paylaşımın ardından maraqlı addım atıb. Belə ki, təcrübəli futbolçu sosial şəbəkə hesablarındakı bütün fotolarını silib. O, daha çox ailəsinə vaxt ayırmaq üçün bunu edib.

Qeyd edək ki, Valdes "Barselona"nın yetirməsidir və 2014-cü ilə kimi çıxış etdiyi bu komandada 387 oyun keçirib. O, "Mançester Yunayted", "Standard" və "Midlzbro" klublarında da oynayıb. Valdes İspaniya millisində 20 dəfə forma geyinib.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR