"Azərbaycanı sevirəm və onun şərəfini qorumaq istəyirəm"
Türkiyənin "Bursaspor" komandasının yarımmüdafiəçisi Ozancan Kökçü Azərbaycanın gənclərdən ibarət yığmasına qayıtmağa hazır olduğunu bildirib.
XalqTV.com xəbər verir ki, bu barədə o, azerisport.az-a müsahibəndə söyləyib.
- Siz Hollandiyanın "Valveyk" klubuna artıq qoşulmusuz?
- Mən şadam ki, "Bursaspor" mənə "Valveyk" klubunda mövsümün sonunadək oynamağa icazə verib. Sabah mənim bu komandanın heyətində ilk məşqim olacaq. Mən holland klubunun əsas heyətində möhkəmlənərək, nəinki "Bursaspor"un, həm də Azərbaycan yığmasının heyətinə qayıtmaq istəyirəm.
- Siz axı Azərbaycanın gənclər yığmasında oynamaqdan imtina etmisiniz?
- Mən gəncəm və bəzən hədsiz emosiyalar yalnış qərar verməyimə səbəb olur. Bunu boynuma alıram. Mən Azərbaycanı sevirəm və onun şərəfini qorumaq istəyirəm. Əgər baş məşqçi məni dəvət etsə, komandaya kömək etməyə hazıram. Yenidən şans almaq üçün, özümü göstərməyə çalışacam.
- AVRO-2019-un seçmə mərhələsinin 5-ci qrupundakı bir sıra məğlubiyyətlərdən sonra yeni məşqçi heyəti vəziyyəti düzəldə biləcəkmi?
- Fikrimcə, vəziyyəti düzəltmək şansımız var. Yeni məşqçi, yeni ideyalar deməkdir. Rəşad Sadıqov - Azərbaycan futbolunda böyük ada malikdir və mən onun komandasında olmaq istəyirəm.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində