idman

"Roma"nın futbolçusu üzr istədi

  • 03 Jan 2018
  • 274 baxış

"Roma"nın yarımmüdafiəçisi Raca Naynqqolan Yeni il şənliyində etdiyi hərəkətlərə görə üzr istəyib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, beçlikalı havbek bunları deyib:

"Baş verənlərə görə üzr istəyirəm. Dostlarımla əylənib Yeni ili qeyd etməyi sevirəm. Amma gecə həddi biraz aşdım. Təbii ki, pis nümunə olmaq istəməzdim. Buna görə sözlərim və davranışıma görə üzrxahlıq edirəm".

>

Naynqqolan Yeni ili qeyd edərkən sosial şəbəkədən etdiyi canlı yayımda içib, siqaret çəkməklə yanaşı qeyri-etik ifadələr də işlətmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR