idman
Məhəmməd ərəblərin ən yaxşısı oldu
"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah mükafatlandırılıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı havbek ərəb ölkələrinin futbolçuları arasında 2017-ci ilin ən yaxşısı seçilib. O, suriyalı Ömər Xribin və Ömər əl-Somanı qabaqlayıb. Səudiyyə Ərəbistanı çempionatında çıxış edən adıçəkilən oyunçular müvafiq olaraq 2-3-cü yerləri tutublar.
>Məhəmməd Salah həmçinin Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərdən biridir. Bu nominasiyanın qalibi yanvarın 4-də açıqlanacaq.
XalqTV.com
RƏYLƏR