İqtisadiyyat

Bitcoin nədir?

  • 03 Jan 2018
  • 380 baxış

Bitcoin - kriptovalyuta olub, yaradılması və mübadiləsi açıq kodlu kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin komputer və ya smartfonlardan üçüncü bir maliyyə orqanı olmadan birbaşa köçürülə bilir.

XalqTV.com kripto.az-a istinadən bildirir ki, bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan serverlər tərəfindən təmin edilir.

Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər və ya komputerə, smartfona "rəqəmsal güzdan" adlanan proqram yükləməklə əldə etmək olar. Bitcoin hesabı 33 simvoldan ibarət olur və hesab nömrəsi 1 və ya 3 lə başlayır.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR