idman
Türk futbolçu "Roma"nın ən yaxşı gənc oyunçusu seçildi
Türkiyəli futbolçu Çengiz Ünder İtaliyanın "Roma" klubunda ilin ən yaxşı gənc oyunçusu mükafatına sahib olub.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, klubun yaydığı məlumata görə, azarkeşlərin iştirakı ilə keçirilən anket sorğuda yüzdə 85 səs alan Çengiz Ünder Lorenzo Pellegrini, Emerson Palmieri və Gersonu kimi gənc futbolçuları böyük fərqlə qabaqlayıb.
Mövsümün əvvəlində Türkiyənin "Medipol Başakşehir" klubundan "Roma"ya transfer olan Cengiz Ünder indiyədək komandası ilə 12 matçda meydançaya çıxıb.
>XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
RƏYLƏR