Kriptovalyutalar bizi banklardan xilas edə bilərmi?
Bitcoin-in sürətlə yayılmasından bəhs edilən bu günlərdə daha bir müzakirə mövzusu var: Bitcoin və digər kriptovalyutaların bank təşkilatlarının iqtisadi müstəqilliyini təmin etmək potensialı.
XalqTV.com kripto.az-a istinadən bildirir ki, bitcoin 2008-ci ildə təsis edildikdə əslində bu hədəf əsas məqsəd idi. Mərkəzləşdirilməmiş pul vahidi banklara və ya idarəediciyə olan ehtiyacı aradan qaldırırdı. Blockchain bütün əməliyyatlaın hamının gözü önündə həyata keçirilməsinə şərait yaradırdı. Yəni, bank sənayesinin təməl funksiyasını daha şəffaf bir sistemlə həyata keçirirdi.
Həmin vaxtlar çox da ciddiyə alınmayan bu tenologiya 10 il ərzində özünü sübut etdi. Son iki həftə ərzində dəyəri sürətlə artan Bitcoin 11000 dollara çatdı.
Bitcoin-ə artan maraq əsas maliyyə qurumlarının da nəzərindən yayınmadı. Bitcoin-in CME və Nasdaqla eyni şəkildə qiymətləndirilməsi qarşıdakı illərdə bizi maraqlı hadisələrin baş verəcəyindən xəbərdar edir.
Maliyyə institutları bazara girmək üçün planlar qurarkən əksər insanlar kriptovalyutaların onlara lazım olan tenoloji yenilik hesab edirlər. Onlar Bitcoin, Ethereum və digər kriptovalyutalara qoyduqları sərmaye ilə anonim əməliyyat sistemini dəstəkləyir. Bu da bankların gücünü itirməsinə səbəb olur.
Maliyyənin gələcəyi
Li Kampın hazırladığı reportaja görə, Xalq Bankı İnstitutunun müdiri Volter Makri kriptovalyutaların investisiya yatırmaq istəyən insanlar üçün özəl bank sektoruna alternativ meydana gətirəcəyinə inanır:
"Bu, tamamilə həyəcanvericidir, çünki özəl sərmaye nəzarətinə yenilik gətirir. Bitcoin və digər blockchain texnologiyaları köhnə tamamlayıcı pul vahidləri kimi inkişaf edir".
"Bunlar icmaların öz iqtisadi güclərini yaratmağının təməlini təşkil edirlər".
Makri kriptovvalyutaların gələcəkdə böyük maliyyə institutları tərəfindən də maraq görəcəyinə inanır:
"Bunun maliyyə bazarlarına nə dərəcədə təsir edəcəyini görəcəyik. İndiki halda ABŞ dollarının yerini alacağına inanmıram, amma yuan və digər valyutalar üçün belə bir düşüş mümkün ola bilər".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin