idman

"Kəpəz" 8 futbolçusu ilə yollarını ayırdı

  • 02 Jan 2018
  • 260 baxış

"Kəpəz"in əsas komandasında çıxış edən 8 futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

XalqTV.com Gəncə klubunun rəsmi saytına istinadən bildirir ki, bunların hamısı yerli oyunçu statusunda çıxış edənlərdir.
Qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb. Sonuncu öz istəyi ilə komandanı tərk edib. Digər futbolçulardan Kərim Diniyev əvvəlki baş məşqçi Şahin Diniyevin oğlu, qalanları elə Ş.Diniyevin vaxtında heyətə cəlb olunanlardır.
"Kəpəz" rəhbərliyi bu futbolçulara xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında uğurlar arzulayır.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR