idman
"Sumqayıt" "Qəbələ"nin futbolçusunu icarəyə götürdü
"Sumqayıt" futbol klubu qış fasiləsində növbəti transferini həyata keçirib.
XalqTV.com Report-a istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi "Qəbələ"dən Ülvi İsgəndərovu icarəyə götürüb.
Onunla 1,5 illik müqavilə imzalanıb. Ü.İsgəndərov 70 nömrəli forma ilə çıxış edəcək.
20 yaşlı hücumçu cari mövsümdə "qırmızı-qaralar"ın əvəzedici komandasında çıxış edib.
>Qeyd edək ki, "Sumqayıt" qış fasiləsində Elnur Allahverdiyev və Nicat Qurbanovla müqavilə bağlayıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR