İqtisadiyyat

Rusiyanın Ehtiyat Fondu ləğv olundu

  • 02 Jan 2018
  • 350 baxış

Rusiyanın Ehtiyat Fondu Milli Rifah Fonduna birləşdirilib.

XalqTV.com  Report-a istinadən xəbər verir ki, bununla bağlı qərar 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minib.

Ölkənin "Büdcə haqqında" qanunun yeni müddəalarına görə, bundan sonra büdcənin neft-qaz satışından əldə edilən əlavə gəlirləri Milli Rfah Fondunda toplanacaq.

>

Qeyd edək ki, ehtiyat və milli rifah fondları 2008-ci ildə Sabitləşdirmə Fondunun bazasında yaradılıb. Dövlət büdcəsinin gəlirlərinin kəskin azalması durumunda, Ehtiyat Fondu büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi rolunu oynayacaqdı. Milli Rifah Fondu isə pensiya təminatı mexanizminin bir hissəsi kimi yaradılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR