idman

"Qəbələ" britaniyalı futbolçu ilə yollarını ayırdı

  • 02 Jan 2018
  • 258 baxış

"Qəbələ" klubu Endi Hallidey ilə yollarını ayırıb.

XalqTV.com  Report-a istinadən xəbər verir ki, 26 yaşlı britaniyalı futbolçu müqavilə ilə məxsus olduğu Şotlandiyanın "Reyncers" klubuna dönəcək.

Qarşılıqlı razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçinin "qırmızı-qaralar"la 1 illik icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib. Hallidey həftəsonu təlim-məşq toplanışı üçün ABŞ-ın Florida ştatına yollanacaq Qlazqo təmsilçisinin heyətində yer alacaq.

>

Qeyd edək ki, yayda "Qəbələ"yə keçən Endi Hallidey əsas heyətə düşməkdə çətinlik çəkirdi. O, Premyer Liqanın geridə qalan 14 turunda cəmi 3 dəfə meydana çıxıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR