Dünya
26 mindən çox "Volkswagen" geri çağırıldı
"Volkswagen Group Rus" şirkəti Rusiyada 26 mindən çox "Volkswagen" markalı avtomobili geri çağırıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə Rusiyada satılmış "Volkswagen Polo Sedan" və "Skoda Rapid" modellərinə şamil olunur.
>Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR