Siyasət

Qanunvericiliyimizdə "milliyyət" sözü yığışdırıldı

  • 02 Jan 2018
  • 366 baxış

Seçki Məcəlləsinin 3-cü maddəsinə (Ümumi seçki hüququ) dəyişiklik edilib.

XalqTV.com  Sputnik Azərbaycan-a istinadən bildirir ki, dəyişikliyə əsasən 3-cü maddədə "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilib.
Mövcud variantda deyilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Təklif olunan variantda deyilir ki, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR