İqtisadiyyat

Həyatınızı dəyişdirəcək 11 sual

  • 01 Jan 2018
  • 490 baxış

Həyatında işlər istədiyin kimi getmir? O zaman özünə düzgün suallar vermirsən. Bəzi sualların cavabını bilməsən də, digər suallara verəcəyin cavablardan qorxduğun üçün özünə suallar vermirsən.

XalqTV.com moneta.az-a istinadən bildirir ki, həyatda insan rahatlıqla nə öyrənir, nə də inkişaf edir və çətin suallar vermək narahatlılıq yarada bilər. Dahi filosof Sokrat vaxtında deyib, "Təhlil edilməmiş həyatı yaşamağa dəyməz".

Sokratın deyimi biznesə də tətbiq edilir. Eric Schmidt "Google"un icraçı direktoru olan zaman demişdir ki, "Biz şirkətimizi cavablarla deyil, suallarla idarə edirik".

Gəlin müntəzəm olaraq özümüzə verəcəyimiz çətin suallara bir balaca göz ataq.

1. İnsanlar məni məndən fərqli olaraq necə görürlər?

2. Bugün nəyi daha yaxşı eləmişəm?

3. Öz dəyərlərimə sadiqəm?

4. Əgər bütün məqsədlərimə çatsam, özümü necə hiss edərəm?

5. Nəyi öyrənmək üçün zaman ayırmamışam?

>

6. Həyatımın hansı mərhələsindəyəm?

7. Beş ildən sonra həyatımın necə olmasını istəyirəm?

8. Qorxmasam nə edərdim?

9. Hansı keyfiyyətləri özümdə inkişaf etdirə bilərəm?

10. Etmək istəyim şeylərin qarşısını alan nədir?

11. Həyatda öyrəndiyim ən vacib dərs hansıdır? Mən həmin dərsdən öz payımı almışam?

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR