idman

Aquero "Mançester Siti"dən ayrılır?

  • 01 Jan 2018
  • 268 baxış

"Mançester Siti"nin hücumçusu Serxio Aqueronun komandadan ayrılacağı haqda xəbərlər yayılıb.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı forvard vətəninə qayıtmaq istəyir.

Bir müddət öncə onun yayda Rusiyada keçiriləcək dünya çempionatından sonra daha bir il, yəni müqaviləsinin sonuna kimi Mançester təmsilçisində oynayacağı yazılmışdı. Ancaq komandanın baş məşqçisi Xosep Qvardiolanın münasibətindən narazı qalan futbolçunun planını dəyişdirdiyi və ölkəsinə vaxtından əvvəl yollana biləcəyi söylənilir.

Qeyd edək ki, Aquero "Mançester Siti"yə 2011-ci ildə "Atletiko"dan keçmişdi.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR