Siyasət
ATƏT-ə sədrlik İtaliyaya keçib
Bu gündən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Avstriyadan İtaliyaya keçib.
XalqTV.com "Report"a istinadən bildirir ki, rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək.
Qeyd edək ki, İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq.
Xatırladaq ki, ATƏT-də sədr dəyişikliyi rotasiya qaydasında hər il həyata keçirilir. Bir ölkənin təşkilata sədrliyi bu ilin yanvarın 1-dən növbəti ilin eyni tarixinədək davam edir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
ŞƏRH YAZ
RƏYLƏR