Dünya

Tbilisidə Ermənistana gedən avtobusun törətdyi qəzada 5 azərbaycanlı ölüb - YENİLƏNİB

  • 31 Dec 2017
  • 268 baxış

22:51

Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, Rusiyadan Ermənistana gedən "Mercedes Neoplan" avtobusu Tbilisidə "Quru  körpü" yaxınlığında "Lada" markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.

Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar. 

---------

>

13:15

Ötən gecə Tbilisidə Rusiyadan Ermənistana gedən avtobus minik avtomobili ilə toqquşub.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, Tbilisidə körpüdə "Mercedes Neoplan" markalı avtobusun "Lada" markalı minik avtomobili ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü və 4 sərnişini ölüb.

Avtobusdakı ermənilər arasında ölən olmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR