Ronaldu "Real"dan ayrılmaq istəyir?
"Real" klubunun forvardı Kriştianu Ronaldu mövsümün sonunda klubunu dəyişmək niyyətindədir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı portuqaliyalı madridlilərin rəhbərliyindən yayda onu 100 milyon avrodan baha satmamağı xahiş edib. Ronaldunun satış qiyməti, 2021-ci ilə qədər nəzərdə tutulmuş müqaviləyə əsasən, 1 milyard dollar təşkil edir. Hücumçunun agentləri PSJ və "Mançester Yunayted"ə "Ronaldunun hazırkı klubundan ayrılmaq uğrunda mübarizə aparacağını" bildiriblər.
>Futbolçunun klub prezidenti Florentino Pereslə münasibətləri o dərəcəyə qədər pisləşib ki, Ronaldo hətta onunla danışmaq belə istəmir. Forvard Peresin öz vədinə əməl etməməsindən narazıdır. O, şəxsi müqavilənin şərtlərini yaxşılaşdırmayıb. Müqaviləyə əsasən, Ronaldu Lionel Messi ("Barcelona") və Neymardan (PSJ) az qazanır.
XalqTV.com