Dünya

Hindistanda terrorçular polis düşərgəsinə hücum edib

  • 31 Dec 2017
  • 270 baxış

Bu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, terrorçular düşərgədəki hospitalı hədəf seçiblər.

Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.

>

Polis düşərgəsinə hücuma görə məsuliyyəti Mövlan Məsud Əzharın rəhbərlik etdiyi "Ceyş-əl-Muhamməd" terrorçu təşkilatı öz üzərinə götürüb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR