idman

"Liverpul"un sabiq kapitanı Mourinyoda səhv tutdu

  • 31 Dec 2017
  • 279 baxış

"Liverpul"un sabiq kapitanı Ceymi Karraqer "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun fikirlərini tənqid edib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Karraqer portuqal mütəxəssisin "Mançester Siti"ni astronomik pullar xərclədiyinə görə üstün sayması ilə razılaşmayıb.

"Pep Qvardiola "Mançester Yunayted"də çalışsaydı, komanda çempion olardı. Joze Mourinyonun Mançester klubları arasındakı fərqin pul olması barədə arqumentində xəta var. Klubların heyətində futbolçuları müqayisə edəndə hansı daha güclüdür? Ederson David De Xeadan güclü sayılır? Nikolas Otamendi və Con Stounz Erik Bayi və Fil Consdan üstündür? "Yunayted" azarkeşləri Matiçin əvəzinə Fernandinyonu istəyir? "Qırmızı şeytanlar" Pol Poqbanı transfer etməklə rekord qırmışdı. Romelu Lukaku Premyer Liqada ən bahalı transferi oldu. Hansı ingilis klubu hədəfləri barədə daha iddialı açıqlamalar verirdi?"

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR