Dünya
Gələn il dünyada böyük humanitar böhran gözlənilir
Gələn il İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük humanitar böhran baş verə bilər.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə katibi Penni Mordaunt bəyan edib.
Söhbət ilk növbədə Yəmən, Cənubi Sudan və Birmada aclıq və münaqişələrdən gedir. Əgər 2017-ci ildə 20 milyondan çox insan aclıqdan əziyyət çəkibsə, 2018-ci ildə daha çox insanın aclıqla üzləşəcəyi proqnozlaşdırılır.
>P. Mordaunt bildirib ki, Böyük Britaniya humanitar proqramların maliyyələşdirilməsinə ayrılan vəsaiti artırmaq niyyətindədir.
XalqTV.com
RƏYLƏR