2017-ci il sosial sahədə mühüm yeniliklərlə yadda qaldı - VİDEO
2017-ci il sosial sahədə mühüm yeniliklərlə yadda qaldı.
XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, ötən bir il ərzində paytaxtda və regionlarda yeni məktəb binaları, muasir xəstəxanalar tikilib istifadəyə verildi. Sosial mənzillərin tikintisi daha da genişləndirildi, Cocuq Mərcanliya böyük köç başlandı və 24 ildən sonra ilk dəfə bu qəsəbədə məktəb zəngi çalindı.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət 2017-ci ildə də ugurla davam etdirilib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib. Qeyri-neft sektorunun davamlı nkişafı ölkədə işsizlik probleminin də həllinə gətirib çıxarıb. Azərbaycanda işsizlik ötən ilin yekunlarına görə 5 faiz səviyyəsində olub. Cari ilin 11 ayında əhalinin nominal gəlirləri 8,2 faiz artaraq 43,4 mlrd manata, adambaşına düşən gəlirlər isə 7,2 faiz artaraq 4459 manata çatıb.
Sosial sahədə ən yadda qalan hadisələrdən biri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinə böyük köçün başlanğıcı oldu.
Yenidənqurma işləri çərçivəsində ilk mərhələdə 50 yaşayış evi və 96 şagirdlik yerlik məktəb binası tikilib. Həmçinin ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektlər inşa edilib. Əkin sahələrinin suvarılması üçün nasos stansiyası tikilib. Bilik günündə Cocuq Mərcanlıda 24 ildən sonra ilk dəfə məktəb zəngi çalınıb.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması bununla bitməyib. Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunmasından sonra bu proses daha da genişlənib və intensiv hal alıb. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, yaşayış binaları və fərdi evlər tikilib.
2017-ci il səhiyyə sahəsində də bir sıra yeniliklərlə yadda qalıb.
Prezident İlham Əliyev Sabirabad və Neftçala rayon Mərkəzi Xəstəxanalarının açılışını edib. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun açılışında isə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Eləcə də, cari ildə Masallı rayon Mərkəzi Xəstəxanasında təmir işləri başa çatıb və əhalinin istifadəsinə verilib.
Bu il məktəbəhazırlıq təhsilinin əhatəliliyi genişləndirilib. 2017-2018-ci dərs ilində məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində 50-dən çox rayonda 122 layihə icra olunub. Bir neçə tayonda orta ümumtəhsil məktəb binası istifadəyə verilib, modul tipli məktəblərin inşası da geniş vüsət alıb. İl ərzindədə ölkənin 40 rayonunda təqribən 5000 nəfər şagirdi əhatə edən 100 modul tipli məktəb inşa edilib.
Sosial mənzillərin tikintisi bu il də genişləndirilib. Dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk yeddimərtəbəli binanın təməli qoyulub. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak ediblər. Yasamal Yaşayış Kompleksində isə tikinti işləri sürətlə davam etdirilib.
Hər zamankı kimi bu il də Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları diqqət mərkəzində olub. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması davam etdirilib və bu il 255 jurnalistə yeni inşa olunmuş çoxmərtəbəli binadan mənzil verilib. Mənzillərin bölgüsü namizədlərin jurnalistika sahəsindəki xidmətləri, ailə tərkibi və mənzilə olan ehtiyacları nəzərə alınaraq aparılıb.
Hər il dövlət büdcəsi təsdiqlənən zaman sosial sahələrə aid xərclər əvvəlki dövrlərə nisbətən xeyli artırılır. 2018-ci ilin dövlət büdcəsində təhsil xərcləri 2 milyard 1 milyon 978 min manat, səhiyyə 739 milyon 334 min manat, sosial müdafiə və sosial təminat xərcləri isə 2 milyard 197 milyon 182 min manat nəzərdə tutulub.
Prezident İlham Əliyevin aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməsi bu kateqoriyadan olan vətəndaşların dövlətin daim diqqətində oldugunu göstərir. Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />